XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qarabağ" liderliyini bir qədər də möhkəmləndirdi
İdman 18:13 / 09.11.2022
Futbol üzrə Misli Premyer Liqasında III turdan təxirə salınmış bir oyun keçirilib. "Qarabağ" səfərdə "Turan Tovuz"la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesab 20-ci dəqiqədə açılıb. Meydan sahiblərindən Vüsal Məsimov avtoqol müəllifi olub. Matçın 37-ci dəqiqəsində Ovusu Kvabena fərqlənərək hesab arasındakı fərqi iki topa çatdırıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 39-a çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. Bu mövsüm ölkə çempionatında keçirdiyi 13 matçın hamısından qalib ayrılan Ağdam təmsilçisi ən yaxın izləyicisi "Sabah"ı 5 xal qabaqlayır. 15 xalı olan "Turan Tovuz" isə 6-cı pillədə qərarlaşıb.
25486 oxunub

InvestAZ