XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Damalılar” Yaxın Şərqə 26 futbolçu ilə yollanır
İdman 14:04 / 09.11.2022
Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç də DÇ-2022 üçün Qətərə yollanacaq yekun heyəti müəyyənləşdirib. Xorvatiya Futbol Federasiyasının rəsmi saytında yer alan xəbərə əsasən 26 futbolçu bu siyahıda yer alıb.

Qapıçılar:​ Dominik Livakoviç ("Dinamo" Zaqreb), İvitsa İvuşiç ("Osiek"), İvo Qrbiç ("Atletiko" Madrid, İspaniya)

Müdafiəçilər:​ Domaqoy Vida (AEK, Yunanıstan), Deyan Lovren ("Zenit", Rusiya), Borna Barişiç ("Reyncers", Şotlandiya), Yosip Yuranoviç ("Seltik", Şotlandiya), Yoşko Qvardiol ("Leyptsiq", Almaniya), Borna Sosa ("Ştutqart", Almaniya), Yosip Stanişiç ("Bavariya", Almaniya), Martin Erliç ("Sassuolo", İtaliya), Yosip Şutalo ("Dinamo" Zaqreb)

Yarımmüdafiəçilər:​ Luka Modriç ("Real Madrid", İspaniya), Mateo Kovaçiç ("Çelsi", İngiltərə), Marselo Brozoviç ("İnter", İtaliya), Mario Paşaliç ("Atalanta", İtaliya), Nikola Vlaşiç ("Torino", İtaliya), Lovro Mayer ("Renn", Fransa), Kristian Yakiç ("Ayntraxt", Almaniya), Luka Suçiç ("Zaltsburq", Avstriya)

Hücumçular:​ İvan Perişiç ("Tottenhem", İngiltərə), Andre Kramariç ("Hoffenhaym", Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi "Dinamo" Zaqreb), Ante Budimir ("Osasuna", İspaniya), Marko Livaya ("Hayduk")

Qeyd edək ki, Xorvatiya millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Belçika, Kanada və Mərakeşlə birlikdə F qrupunda mübarizə aparacaq.


22981 oxunub

InvestAZ