XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Murov” Çağırış kubokunda 1/8 finala vəsiqə qazandı
İdman 21:30 / 09.11.2022

Bu gün kişi voleybolçulardan ibarət "Murov” komandası Çağırış kuboku çərçivəsində Avstriyanın "Holding Graz” klubu ilə cavab oyununa çıxıb. Bakı Voleybol Mərkəzində keçirilən 1/16 final mərhələsinin cavab görüşü komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk setdə 25:13 hesabı ilə qalib gələn "Murov” ikinci setdə də üstünlüyü əldən verməyib -25:12. Üçüncü setdə rəqibin güclü müqavimətinə baxmayaraq komandamız 25:23 hesabı ilə qələbə qazanıb. Beləliklə, "Murov” klubu iki oyunun nəticəsinə görə, 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyun "Murov”un 0:3 hesablı qələbəsi ilə başa çatıb.


28399 oxunub

InvestAZ