XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Paracüdo üzrə dünya çempionatının açılış mərasimi keçirildi
İdman 19:03 / 08.11.2022
Bu gün Bakıda paracüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Heydər Əliyev adına İdman Arenasında təşkil olunan yarışın açılış mərasimində "Şuşam” Kamera Xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin rəqs qrupu maraqlı rəqs proqramı ilə çıxış edib.
Daha sonra dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub və mötəbər yarış açıq elan olunub.
Dünya çempionatında 41 ölkədən 250-dək idmançı medallar uğrunda mübarizə aparır. "Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən yarışda ölkəmizi 13 paracüdoçu təmsil edir.


23368 oxunub

InvestAZ