XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çağırış kuboku: “Murov” Avstriya təmsilçisinə qalib gəldi
İdman 22:11 / 08.11.2022
Kişi voleybolçulardan ibarət "Murov” komandası bu gün Çağırış kuboku yarışında növbəti oyununu keçirib. Komandamız 1/16 final mərhələsi çərçivəsində ndə Avstriyanın "Qrats” klubu ilə qarşılaşıb. Bakı Voleybol Mərkəzində təşkil olunan oyun "Murov” komandasının -0:3 hesablı qələbəsi ilə başa çatıb. İlk iki seti 13:25, 18:25 hesablı qələbə ilə aktivinə yazan təmsilçimiz, sonuncu setdə də üstünlüyü əldən verməyib -23:25. Komandamız sabah Avstriya təmsilçisi ilə cavab oyununa çıxacaq. Qarşılıqlı razılığa əsasən, sabahkı oyun da Bakı Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, "Murov” 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin” klubu ilə iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.

30687 oxunub

InvestAZ