XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bodibildinqçilərimiz Santa-Susannada 2 medalla qayıdırlar
İdman 16:19 / 08.11.2022
İspaniyanın Santa-Susanna şəhərində bodibildinq üzrə dünya çempionatı keçirilib. Yarışda iştirak edən Azərbaycan idmançıları 2 medala sahib olublar. Komandamızın heyətində "Masters” kateqoriyasında çıxış edən Vüqar Verdiyev (90 kq) gümüş medala layiq görülüb.
"Men’s Physique” kateqoriyasında boyu 182 santimetr olan idmançıların yarışında mübarizə aparan Əli Qurbanlı isə bürünc medal qazanıb.
Bodibildinq yarışlarında çıxış edən Fuad Quluzadə (100 kq) beşinci, Nizami Misirov (85 kq) səkkizinci, "Men’s Physique” kateqoriyasında mübarizə aparan Fövqi Əfəndiyev isə beşinci olublar.
Qeyd edək ki, V.Verdiyev bu il Avropa çempionatında gümüş medal qazanıb. Ə.Qurbanlı ötən il dünya çempionatında bürünc mükafat əldə edib, bu il isə qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


35223 oxunub

InvestAZ