XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Dünya çempionatına hazırlıq başa çatıb
İdman 15:41 / 08.11.2022
Taekvondo üzrə Azərbaycan milli komandaları dünya çempionatına hazırlığı başa vurub. Beynəlxalq turnirlərdə iştirak və ölkə xaricində baş tutan təlim-məşq toplanışlarının finişi Bakıda Taekvondo Federasiyasının idman zalında yekunlaşıb. Komandamız artıq mundial üçün səfər hazırlığına başlayıb.
Kişilərdən ibarət yığmanın böyük məşqçisi Elnur Amanov millinin yaxşı formada olduğunu vurğulayıb. Onun sözlərinə görə, dünya çempionatı üçün Meksikanın Qvadalaxara şəhərinə yollanacaq taekvondoçuların tək bu yarışda deyil, qarşıda daha bir neçə mundialda və olimpiadada Azərbaycana medallar qazandırmaq potensialı var: "Komandamız əsasən gənclərdən formalaşıb. Bu da gələn il Bakıda, ardınca Paris-2024-də uğurlu çıxışa hesablanıb. Məqsədimiz iştirak edəcəyimiz hər bir yarışda Azərbaycan adını yüksəklərə qaldırmaqdır”.
Qadınlardan ibarət millinin baş məşqçisi Səbuhi Zülfüqarov liderlərdən Fəridə Əzizovanın zədə səbəbindən mundiala yollana bilməməsinə təəssüflənsə də, digər iki idmançıya böyük ümidlər bəslədiyini vurğulayıb. O bildirib ki, əsas hədəf maksimum gücü ortaya qoymaqdır: "Dünya çempionatına yollanan idmançılarımızın uğurlu çıxışına inanıram. Bacardıqlarımızın ən yaxşısına nail olmaq üçün Meksikaya yollanırıq”.
Qeyd edək ki, mundialda ölkəmizin idman şərəfini 8 taekvondoçu qoruyacaq. Dünya çempionatında kişilərin mübarizəsində Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Sədri Həmidreza (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), qadınların yarışında Minayə Əkbərova (46 kq) və Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxacaqlar. Qvadalaxaraya noyabrın 9-da yollanacaq komandamız Vətənə ayın 24-də qayıdacaq.


29206 oxunub

InvestAZ