XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Stolüstü tennisçilər Zəfər Gününə həsr olunmuş birincilikdə yarışıblar
İdman 09:40 / 08.11.2022
Şabranda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən stolüstü tennis üzrə yeniyetmə oğlan və qızlar arasında açıq rayon birinciliyinin qalibləri müəyyənləşib. Rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəbinin (UGİŞM) birgə təşkil etdiyi yarışda 2005-2009-cu il təvəllüdlü yeniyetmələr mübarizə aparıb.
Açılış mərasimində Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, Şabran rayon Təhsil sektorunun metodisti Rəşad Məmmədov, şəhər 5 nömrəli tam orta məktəbin direktoru İmarət Əsgərova, UGİŞM-in direktoru Zeynal Zeynalov çıxış edərək birinciliyin əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar.
Birincilikdə Şabranla yanaşı Bakı və Quba şəhərlərindən olan komandalar da iştirak ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri diplomlarla təltif ediliblər.


26837 oxunub

InvestAZ