XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Bu gün Çempionlar Liqasında 1/8 finalın cütlükləri müəyyənləşəcək
İdman 11:05 / 07.11.2022
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar iştirak edəcəklər. Qrup birinciləri səpələnmişlər, ikinci yerin sahibləri isə səpələnməmişlər səbətində yer alacaqlar. Səpələnmişlər səbətində yer alan kollektivlər cavab oyununu evdə keçirəcəklər. Səpələnmişlər səbətində "Real Madrid" (İspaniya), "Bavariya" (Almaniya), "Benfika", "Portu" (Portuqaliya), "Çelsi", "Mançester Siti", "Tottenhem" (hamısı İngiltərə), "Napoli" (İtaliya) klubları yer alıb. "Brügge" (Belçika), "Borussiya" (Dortmund), "Ayntraxt", "Leyptsiq" (hamısı Almaniya), "İnter", "Milan" (hər ikisi İtaliya), "Liverpul" (İngiltərə) və PSJ (Fransa) klubları isə Səpələnməmişlər səbətindədir.
Qeyd edək ki, 1/8 finalın ilk oyunları fevralın 14-15-i və 21-22-də, cavab qarşılaşmaları isə martın 7-8-i və 14-15-də təşkil olunacaq.


25725 oxunub

InvestAZ