XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Akademik avarçəkənimiz İtaliyada gümüş medala sahib çıxdı
İdman 14:34 / 07.11.2022
İtaliyanın Turin şəhərində akademik avarçəkmə üzrə "Silver Skiff" beynəlxalq reqatası keçirilib. Yarışda 26 ölkəni təmsil edən müxtəlif yaş qruplarında ümumilikdə 623 avarçəkən iştirak edib. Ölkəmizi bu turnirdə akademik avarçəkmə üzrə Azərbaycan yığma komandasının üzvü Diana Dimçenko təmsil edib. Legioner idmançımız 11 km-lik məsafəni 44 dəqiqə 54 saniyəyə başa vuraraq gümüş medala sahib olub. O, bu nəticə ilə birinci pillədəki rəqibindən 8 saniyə geri qalıb.

Qeyd edək ki, "Silver Skiff" beynəlxalq reqatası ilk dəfə 1992-ci ildə Turin şəhərində keçirilib. Diana Dimçenko bu turnirdə 2015-ci ildən mübarizə aparır.


25288 oxunub

InvestAZ