XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Badminton Federasiyası “Ədalətli Oyun Ruhu” nominasiyasında qalib olub
İdman 13:46 / 07.11.2022
İtaliyanın paytaxtı Romada Avropa Ədalətli Oyun Hərəkatının (European Fair Play Movement) təşkilatçılığı və İtaliyanın Ədalətli Oyun Milli Komitəsinin dəstəyi ilə "The European Fair Play Plaque of Merit and Diploma" mövzusunda Beynəlxalq Olimpiya Komitəsinin Avropa Ədalətli Oyunlar Hərəkatının mükafatlandırılma mərasimi keçirilib. Azərbaycan Badminton Federasiyası (ABF) "Ədalətli Oyun Ruhu” nominasiyasında qalib gəlib. Badminton Federasiyasının marketinq meneceri Aydan Məmmədhəsənovaya təqdim olunan mükafat Azərbaycana verilmiş ilk "Fair Play” mükafatıdır.
Mərasimdə Azərbaycanda badmintona olan marağın gündən-günə artdığı bildirilib. Qeyd edilib ki, inklüzivlik və para-badminton istiqamətləri, eləcə də cəzaçəkmə müəssisələrində badmintonun təbliği federasiyanın prioritet istiqamətlərindən biridir.
Məhz bunun nəticəsidir ki, ABF həm etik dəyərlər və ədalətli oyun ideyalarının qorunmasındakı təşəbbüslərinə, həm də cəzaçəkmə müəssisələrində reallaşdırılan tədbirlər, eləcə də inklüziv və para-badmintonun inkişafı istiqamətində həyata keçirdiyi layihələrə görə bu nominasiya üzrə mükafatlandırılıb.


27535 oxunub

InvestAZ