İdman 10:54 / 07.11.2022
Noyabrın 5-i və 6-da Litvanın Vilnüs şəhərində bədii gimnastika
üzrə "Dalia Kutkaite” beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizi təmsil
edən Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər. Gimnastımız
Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal)
hərəkətlərin icrasında rəqiblərindən güclü olduğunu nümayiş etdirərək qızıl
medal qazanıb.
Millimizin digər üzvü Kamilla Seyidzadə lentlə qızıl (24850 xal), halqa ilə
(24.000 xal) gümüş medala sahib çıxıb.
Leyli Ağazadə isə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800
xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc
medal əldə edib.
Bədii gimnastımız Alina Məmmədova yarışda həmçinin "Miss ekspressiya” titulu
ilə mükafatlandırılıb.