XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Sağlam bədəndə sağlam ruh” devizi altında növbəti yarış
İdman 09:53 / 07.11.2022
Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Astara Olimpiya İdman Kompleksində gənclər arasında "Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kros qaçışı və gimnastika növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin, rayon polis şöbəsinin, gənclər və idman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edilib ki, keçirilən yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğidir.
Sonra yarışlara start verilib. Gənclər 3 min metr məsafəyə kros qaçışı və gimnastika hərəkətləri üzrə yarışıblar.
Yarışların sonunda hər bir hərəkət üzrə birinci, ikinci və üçüncü yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin idman cəmiyyəti tərəfindən müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.


27038 oxunub

InvestAZ