XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Yunan-Roma güləşi üzrə komandamızdünya kuboku yarışında gümüş medala sahib oldu
İdman 22:14 / 06.11.2022
Bakıda keçirilən yunan-Roma güləşi üzrə dünya kuboku yarışına yekun vurulub. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakı İdman Sarayında keçirilən yarışda gümüş medala sahib olub. Həlledici matçda Azərbaycan güləşçiləri İran millisi ilə üz-üzə gəliblər. Görüşdə hesab 5:5 olsa da, qazanılan xalların sayına görə İran millisi (20:19) dünya kuboku yarışının qalibi olub. Azərbaycan seçməsi turniri ikinci pillədə başa vurub.

Dünya yığması isə dünya kuboku yarışının bürünc medalına sahib olub.

Qeyd edək ki, ilk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gəliblər. İran millisi rəqibini 6:4 hesabı ilə məğlub edib. Daha sonra Qırğızıstana 8:2 hesabı ilə qalib gələn İran seçməsi finala adlayıb.

B qrupunda mübarizə aparan Azərbaycan seçməsi isə dünya yığmasını məğlub edib. Bu qrupda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən turnirdə iştirak etməyib. Bu qələbə komandamıza finala adlamaq üçün yetərli olub.


34050 oxunub

InvestAZ