XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Böyük dəbilqə”: Bu gün 12 cüdoçumuz tatamı üzərinə çıxacaq
İdman 10:02 / 06.11.2022
Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirində üçüncü yarış gününə start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışın sonuncu günündə kişilər arasında -90 kq, -100 kq və +100 kq çəki dərəcələrində 12 cüdoçumuz medallar uğrunda mübarizə aparır.
-90 kq çəki dərəcəsində, Məmmədəli Mehdiyev, Murad Fətiyev, İbrahim Ağakişiyev, Nihad Şıxəlizadə tatamı üzərinə çıxacaq. Zelim Kotsoyev, Elmar Qasımov, Aslan Mirzəyev, Hüseyn Dadaşov isə -100 kq çəki dərəcəsində yarışacaq. +100 kq çəkidə isə Camal Qamzatxanov, Kənan Nəsibov, Toğrul Salmanov, İbrahimxəlil Ömərov medallar uğrunda yarışacaq.


25850 oxunub

InvestAZ