XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Cüdoçularımız “Böyük dəbilqə”ni 6 medalla başa vurdular
İdman 21:00 / 06.11.2022
Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub. Yarışların üçüncü günündə Azərbaycan komandası bir qızıl və bir bürünc medala sahib olub. Qızıl medalı komandamıza Zelim Kotsoyev (100 kq) qazandırıb. 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov isə bürünc medala yiyələnib. Beləliklə, cüdo üzrə Azərbaycan millisi yarışları 6 medalla başa vurublar.
Qeyd edək ki, yarışların ilk iki günündə Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medal əldə etmişdi. Komandamız bu nəticə ilə medal sıralamasında birinci yeri tutub.


25563 oxunub

InvestAZ