XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Batut gimnastikası üzrə Bakı birinciliyinə start verilir
İdman 10:02 / 06.11.2022
Bu gün Bakı Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı paytaxt birinciliyi keçiriləcək.
İdmançılar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyalarında güclərini sınayacaqlar.
Yarışda "Ocaq Sport” klubu və Bakı Gimnastika Məktəbinin kişilər arasında 55, qadınlar arasında 46 idmançısı fərdi proqramda öz aralarında paytaxtın ən güclüsünü müəyyənləşdirəcəklər.
Yarışda iştirak etmək arzusunda olan tamaşaçılar biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti 3 manat təşkil edir.


23603 oxunub

InvestAZ