XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Taekvondo üzrə “Zəfər kuboku” keçirilib
İdman 11:25 / 06.11.2022

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Taekvondo Mərkəzində Zəfər Gününə həsr olunmuş "Zəfər kuboku” adlı taekvondo idman növü üzrə uşaqlar və yeniyetmələr arasında rayon birinciliyi təşkil edilib.

Mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək idmançıları Zəfər Günü münasibətilə təbrik edib, yarışın keçirilməsində əsas məqsədin rayonda taekvondo idman növünə olan marağın artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, uşaq və yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, həmçinin Zəfər Gününün rayonda təntənəli şəkildə qeyd olunmasından ibarət olduğunu bildirib.

Rayon birinciliyində 70-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib.

Yekun nəticələrə əsasən, müxtəlif çəki dərəcələrində ilk üç yeri tutan idmançılara təşkilat komitəsinin diplomları təqdim olunub.



28682 oxunub

InvestAZ