XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zəfər Gününə həsr olunmuş veloyürüş
İdman 19:48 / 05.11.2022
Noyabrın 5-də Azərbaycan Velosiped Federasiyası, Səbail Rayon Gənclər və İdman İdarəsi, "Davam" Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib.
Vətən müharibəsi qaziləri, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və digər həvəskar velosipedçilər, həmçinin Azərbaycan milli komandasının üzvlərinin iştirak etdiyi veloyürüşə "Azneft” dairəsindən start verilib. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vurublar.
Daha sonra yürüş iştirakçıları Hərbi Qənimətlər Parkını ziyarət ediblər.


26144 oxunub

InvestAZ