XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Böyük dəbilqə”: Cüdo yığmamız birinci pilləyə yüksəldi
İdman 22:10 / 05.11.2022
Paytaxtımızda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turniri davam edir. Azərbaycan cüdoçuları turnirində uğurlu çıxışını davam etdirir. Komandamız iki günün nəticəsinə görə, 3 qızıl, 2 bürünc medal qazanıb. 61 ölkədən 350-dən çox cüdoçunun mübarizə apardığı mötəbər yarışda Azərbaycan bu nəticə ilə bütün ölkələri qabaqlayaraq birinci yerdə qərarlaşıb. Aktivlərində 1 qızıl, 1 gümüş medal olan Niderland və Kanada komandaları, müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.

Qeyd edək ki, qızıl medalları yığmamızın aktivinə Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), bürünc medalları isə Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) yazdırıblar.

Yarışa sabah yekun vurulacaq.


23840 oxunub

InvestAZ