XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Böyük dəbilqə” turnirində daha iki qızıl medal
İdman 19:22 / 05.11.2022
Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirində ikinci yarış gününə yekun vurulub. Komandamız günü iki qızıl medalla başa vurub. Qızıl medalları komandamıza Hidayət Heydərov (-73 kq) və Səid Mollayi (-81 kq) qazandırıb. -73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Hidayət Heydərov finalda kanadalı cüdoçu Artur Marqelidona qalib gələrək "Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb. Bu Bakıda keçirilən "Böyük dəbilqə” turnirində Hidayətin qazandığı ikinci qələbəsidir. -81 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Səid Mollayi finalda Belçika təmsilçisi Matias Kasseyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, yarışların birinci günündə komandamız 3 medal qazanmışdı. Təmsilçilərimizdən Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) isə bürünc medala sahib olmuşdular.


23769 oxunub

InvestAZ