XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Böyük dəbilqə”: cüdoçularımız ilk yarış gününü 3 medalla başa vurdular
İdman 20:49 / 04.11.2022

Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirində ilk yarış gününə yekun vurulub. Heydər Əliyev adına İdman arenasında keçirilən yarışın birinci günü Azərbaycan idmançıları üçün 3 medalla yadda qalıb. Cüdoçularımız günü 1 qızıl və 2 bürünc medalla başa vurub. -60 kq çəki dərəcəsində yarışan idmançımız Balabəy Ağayev final görüşündə ukraynalı idmançı Dilşot Xalmatova qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Kəramət Hüseynov isə üçüncü yer uğrunda görüşdə İspaniya təmsilçisi Fransisko Qarriqosa qalib gələrək bürünc medal qazanıb. -66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Orxan Səfərov isə serbiyalı idmançı Strahinca Bunsisi məğlub edərək turnirin bürünc medalını qazanıb.


30893 oxunub

InvestAZ