XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Tamblinq üzrə Bakı birinciliyi başa çatdı
İdman 21:04 / 04.11.2022
Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tamblinq üzrə 18-ci Bakı birinciliyi keçirilib. Milli Gimnastika Arenasının yardımçı zalında baş tutan yarışda "Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Bakı Gimnastika Məktəbi, "Neftçi” İdman Klubundan kişilər və qadınlar arasında ümumilikdə 26 idmançı qüvvəsini sınayıb. İdmançılar uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) yaş kateqoriyalarında mübarizə aparıblar.
Bakı birinciliyində gənclər (2006-2009) və böyüklər (2005 və daha böyüklər) müsabiqədən kənar qüvvələrini sınayıblar.
Maraqlı və gərgin mübarizənin yekununda qeyd olunan yaş kateqoriyalarında qalib və mükafatçılar müəyyənləşib.


28886 oxunub

InvestAZ