XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Misli Premyer Liqası: "Şamaxı"dan ilk qələbə
İdman 20:36 / 04.11.2022
Futbol üzrə Misli Premyer Liqasında XIII turun oyunlarına start verilib. Turun açılış oyununda "Şamaxı" klubu səfərdə "Turan Tovuz”un qonağı olub. Tovuş şəhər Stadionunda keçirilən oyunda "Şamaxı” komandası qələbəyə seinən tərəf olub -1:3. Bununla da "Şamaxı” klubu Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə ilk qələbəsini qazanıb.
Vüqar Əsgərlinin baş məşqçi olduğu komandanın heyətində 17-ci dəqiqədə Kamran Quliyev, 42-ci dəqiqədə Rauf Hüseynli, 51-ci dəqiqədə Fuad Bayramov fərqlənib. Tovuz təmsilçisinin yeganə qolunu 33-cü dəqiqədə Runi Eva penaltidən vurub.
Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran "Şamaxı" 9-cu pillədə qərarlaşıb. Meydan sahibləri 15 xalla 6-cı sıradadır.
Qeyd edək ki, XIII turun "Qəbələ" - "Zirə" və "Sumqayıt" - "Neftçi" görüşləri noyabrın 5-də, "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçları isə noyabrın 6-da baş tutacaq.


25604 oxunub

InvestAZ