XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov Macarıstanın Azərbaycandakı səfiri ilə görüşüb
İdman 20:11 / 04.11.2022
Noyabrın 4-də gənclər və idman naziri Fərid Qayıbov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanı qəbul edib. Qonağı salamlayan nazir Fərid Qayıbov ona ölkəmizdəki gənclər və idman siyasətinin prioritet istiqamətləri barədə məlumat verib.
Görüşdə iki ölkə arasında gənclər siyasəti və idman məsələləri sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycanla Macarıstan arasında müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübailəsi aparılıb.
Qəbulda Səfirliyin birinci katibi Monika Felföldi də iştirak edib.


22502 oxunub

InvestAZ