XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Frayburq”la heç-heçə edən "Qarabağ" UEFA klub reytinqində nə qədər irəlilədi?
İdman 17:44 / 04.11.2022
Ötən gün UEFA Avropa iqasında qrup mərhələsinin oyunlarına yekun vurulub. G qrupunda mübarizə aparan Azərbaycanın "Qarabağ" klubu Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın "Frayburq” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Oyundan sonra Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatı artıb. Belə ki, Ağdam təmsilçisi UEFA-nın klub reytinqində 4 pillə irəliləyib. "Köhlən atlar" 6-cı turun oyunlarından sonra siyahıda 61-ci sırada qərarlaşıb. Hazırda Azərbaycan çempionunun aktivində 25 min reytinq xalı var.”Qarabağ” Yunanıstanın PAOK və Rusiyanın "Krasnodar" komandaları ilə 61-63-cü yerləri bölüşdürür.
Qeyd edək ki, reytinq cədvəlinin birinci pilləsində aktivində 131 min xal olan İngiltərənin "Mançester Siti" klubu qərarlaşıb.


25239 oxunub

InvestAZ