XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



İki cüdoçumuz finala vəsiqə uğrunda bir-biri ilə qarşılaşacaq
İdman 15:48 / 04.11.2022
Heydər Əliyev adına İdman Arenasında cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilir. İlk yarış günündə Azərbaycanın ümumilikdə 13 idmançısı tatami üzərinə çıxıb. Kişilər 60 kq, 66 kq, qadınlar isə 48 kq, 52 kq və 57 kq çəki dərəcələrində mübarizə aparırlar. Azərbaycanın 3 cüdoçusu Bakıda bu gün start götürən Böyük Dəbilqə turnirində yarımfinala yüksəlib.60 kq-da Kəramət Hüseynov və Balabəy Ağayev, 66 kq-da isə Orxan Səfərov finala vəsiqə uğrunda güləşəcək.

Mübarizəyə 1/8 finaldan başlayan Kəramət Hüseynov Vijay Yadav (Hindistan) və Dilşodbek Baratova (Özbəkistan),Balabəy Ağayev isə Şerzod Davlatov (Qazaxıstan) ilə Tsoqt-Oçir Byambacava (Monqolustan) qalib gəlib. Hər iki cüdoçu finala vəsiqə uğrunda bir-biri ilə qarşılaşacaq.

Orxan Səfərov isə yarımfinaladək Munis Havsavi (Səudiyyə Ərəbistanı), Yanislav Gerçev (Bolqarıstan) və David Qarsiyanı (İspaniya) mübarizədən kənarlaşdırıb. Onun finala gedən yolda rəqibi Denis Viyeru (Moldova) olacaq.

66 kq-da yer alan digər Azərbaycan təmsilçisi Kamran Süleymanov bürünc medal uğrunda təsəlliverici görüşlərdə iştirak edəcək.

Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva, Aişə Qurbanlı və Ramilə Əliyeva, 52 kq-da isə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva məğlub olaraq turniri medalsız başa vurublar.

29893 oxunub

InvestAZ