XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan çempionatına start veriləcək
İdman 17:09 / 04.11.2022

Noyabrın 12-də həndbol üzrə XXIX Azərbaycan çempionatına start veriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarış paytaxtın Nərimanov rayonundakı "AHF Arena” idman kompleksində keçiriləcək.

Aprelin 30-dək davam edəcək çempionatda 12 komanda qüvvəsini sınayacaq. Bu komandalardan 7-si kişi, 5-i isə qadın komandasıdır. "Dairəvi” sistem üzrə keçiriləcək turnir dörd dövrədən ibarət olacaq.

Azərbaycan Həndbol Federasiyası tərəfindən təyin olunan hakimlər kollegiyasının idarə etdiyi yarışlarda yeni qaydalar tətbiq olunacaq.

Əsasnaməyə uyğun olaraq, komandaya qələbəyə görə üç xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək.

Qalib komanda iki, məğlub isə bir xal qazanacaq.

Çempionatda ilk üç yeri tutan həndbolçular nazirliyin diplomları və Azərbaycan Həndbol Federasiyasının medalları ilə təltif olunacaq. Həmçinin qaliblər federasiya tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.


26406 oxunub

InvestAZ