XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Heç bir xalq, heç bir mədəniyyət və ya millət bir-birindən üstün deyil»
İdman 15:25 / 04.11.2022
FİFA prezidenti Canni İnfantino 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının iştirakçılarına müraciət edib. Qurum rəhbəri müxrəlif ölkələrin milli komandalarını idmanı siyasətlə qarışdırmamağa, diqqəti futbola yönəltməyə çağırıb.

"Xahiş edirəm, diqqəti futbola yönəldək! Başa düşürük ki, futbol boşluqda yaşamır. Eyni zamanda, biz başa düşürük ki, dünyada siyasi xarakterli problemlər və çətinliklər çoxdur. Amma xahiş edirəm, futbolun hər bir mövcud ideoloji və ya siyasi döyüşə sürüklənməsinə imkan verməyin.

FİFA-da biz dünyaya əxlaq dərsi vermədən bütün fikirlərə və inanclara hörmət etməyə çalışırıq. Dünyanın ən böyük güclərindən biri həqiqətən də onun çox müxtəlifliyidir. Heç bir xalq, heç bir mədəniyyət və ya millət bir-birindən üstün deyil. Bu prinsip qarşılıqlı hörmətin və ayrı-seçkiliyin olmamasının təməl daşıdır. Bu da futbolun əsas dəyərlərindən biridir. Odur ki, lütfən, futbolun mərkəzi səhnəyə çıxmasına icazə verin” - deyə İnfantino qeyd edib.

30516 oxunub

InvestAZ