XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Konfrans Liqası: “Qarabağ”ın rəqibi hansı klub olacaq?
İdman 12:50 / 04.11.2022
Noyabrın 7-də İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq mərasimdə turnirdə ölkəmizi təmsil edən "Qarabağ" klubunun da rəqibi müəyyənləşəcək. Ağdam klubu Avroliqadan gələn digər 7 komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq. Püşkatma öncəsi artıq səbətlər müəyyənləşib. Konfrans Liqasında yoluna davam edənlər "səpələnmişlər”, aralarında "Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə "səpələnməmişlər” səbətində yer alacaqlar. Ağdam təmsilçisi pley-offda "Fiorentina" (İtaliya), "Anderlext" (Belçika), "Lex" (Polşa), "Partizan" (Belqrad), "Dnepr-1" (Ukrayna), "Gent (Belçika), "Bazel" (İsveçrə) və ÇFR (Rumıniya) kimi komandalardan biri ilə qarşılaşacaq.

27140 oxunub

InvestAZ