XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqasına vəsiqə qazanan daha 4 komandanın adına aydınlıq gəldi 
İdman 23:54 / 03.11.2022
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilir. Artıq 4 qrupda mübarizəyə yekun vurulub. Keçirilən 8 oyundan sonra pley-offa vəsiqə qazanan komandaların adları müəyyənləşib.
E qrupunda İspaniya təmsilçisi "Real Sosiedad” doğma meydanda "İngiltərənin "Mançester Yunayted” klubuna minimal hesabla qalib gəlib -1:0. Qrupun digər oyunu olan "Şerif" (Moldova) - "Omoniya" (Kipr) görüşü də eyni hesabla başa çatıb. Meydan sahibləri qələbə qazanaraq Konfrans Liqasına vəsiqə qazanıb. "Real Sosiedad” qrup lideri, "Mançester Yunayted” isə ikinci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib.
F qrupunda Danimarkanın "Midtüllan" və Niderlandın "Feyenoord" növbəti mərhələyə adını yazdırıb. "Qarabağ"ın yer aldığı G qrupunda isə isə "Frayburq”un ardından Fransanın "Nant" komandası da pley-offa adını yazdırıb. Qarabağ isə yönü "Konfrans Liqasında davam etdirəcək.
H qrupunda isə Macarıstanın "Ferentsvaroş və Fransanın "Monako" klubu pley-offa yüksəlib. Bu qrupda yer alan "Trabzonspor” qrup liderinə minimal hesabla (1:0) qalib gəlsə də, Knyazlıq təmsçisinin "Srvena Zvezda”ya 3:1 hesabı ilə qalib gəlməsi Türkiyə təmsilçisinin mərhələ adlamaq şansının üstündən xətt çəkib. Qardaş ölkə təmsilçisi mübarizəsini Konfrans Liqasında davam etdirəcək.
Digər dörd qrupda isə pley-offa vəsiqə qazanan komandaların adlarına Bakı vaxtı ilə saat 00:00 start götürən oyunlardan sonra aydınlıq gələcək.

UEFA Avropa Liqası, Qrup mərhələsi, 6-cı tur
E qrupu
"Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 1:0
"Şerif" (Moldova) - "Omoniya" (Kipr) - 1:0
Xal durumu: "Real Sosyedad" - 15, "Mançester Yunayted" - 15, "Şerif" - 6, "Omoniya" - 0
F qrupu
"Midtüllan" (Danimarka) - "Şturm" (Avstriya) - 1:0
"Feyenoord" (Niderland) - "Latsio" (İtaliya) - 1:0
Xal durumu: "Midtüllan" - 8, "Feyenoord" - 8, "Latsio" - 8, "Şturm" - 8
G qrupu
"Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya) - 1:1
"Olimpiakos" (Yunanıstan) - "Nant" (Fransa) - 0:2
Xal durumu: "Frayburq" - 14, "Nant" - 9, "Qarabağ" - 8, "Olimpiakos" - 2
H qrupu
"Trabzonspor" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan) - 1:0
"Monako" (Fransa) - "Srvena Zvezda" (Serbiya) - 3:1
Xal durumu: "Ferentsvaroş" - 10, "Monako" - 10, "Trabzonspor" - 9, "Srvena Zvezda" - 6



25143 oxunub

InvestAZ