XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Qarabağ" çıxışını “Konfrans Liqası”nda davam etdirəcək 
İdman 23:47 / 03.11.2022
Futbol üzrə UEFA Avropa Liqasında sonuncu turun oyunlarına start verilib. G qrupunda mübarizə aparan Azərbaycanın "Qarabağ" klubu da qrupda son oyununa çıxıb. "Köhlən atlar” Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniya "Frayburq" komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Matçın 23-cü dəqiqəsində rəqibin əks hücumu zamanı Bəhlul Mustafazadə cərimə meydançasında Kevin Şadeyə qarşı kobudluq edərək penaltiyə səbəb olub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Nils Petersen 25-ci dəqiqədə hesabı açıb. Bu azmış kimi oyunun 62-ci dəqiqəsində "Qarabağ" azlıqda qalıb. Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.Lakin buna baxmayaraq Qurban Qurbanovun komandası matçın son dəqiqələrində hesabı bərabərləşdirməyə müvəffəq olub. Ağdam təmsilçisinin heyətində 90+2-ci dəqiqədə Kvabena Ovusu fərqlənib. Beləliklə, qrupda son oyununu 1:1 hesablı heç-heçə ilə başa vuran Azərbaycan çempionu Avropa Liqasında mübarizəni dayandırıb. Qrupda 8 xalla üçüncü yeri tutan "Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizə aparacaq.
Qeyd edək ki, bu qrupun digər oyununda Fransanın "Nant” komandası səfərdə Yunanıstanın "Olimpiakos" komandasına qalib gəlib -0:2. Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran Fransa təmsilçisi "Frayburq”dan sonra qrup ikincisi kimi növbəti mərhələyə yüksəllib.


27557 oxunub

InvestAZ