XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



"Uşaq atletikası" yarışlarında qaliblər mükafatlandırıldı
İdman 17:35 / 03.11.2022
Avropa Atletika Assosiasiyasının dəstəyi ilə Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) layihəsi çərçivəsində Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə "Uşaq atletikası" yarışlarının final mərhələsinə yekun vurulub. Final mərhələsində 245, 193, 17, 83, 242, 56 saylı məktəblərin komandaları iştirak edib. Yarışda hər məktəbdən dörd oğlan və dörd qız olaraq altı məktəbdən ümumilikdə 48 uşaq iştirak edib. Yarışda birinci yeri 245 saylı məktəbin komandası tutub. 193 və 242 saylı məktəblərin komandaları isə müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.
Qaliblər diplom, medal, kubok və hədiyyələrlə təltif olunublar.


24374 oxunub

InvestAZ