XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Qarabağ" sadiq azrkeşlərinə hansı sürprizi edəcək 
İdman 13:08 / 03.11.2022
Futbol üzrə UEFA Avropa Liqasında mübarizə aparan Azərbaycanın "Qarabağ” klubunun bütün potensial rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi mərhələ adlayacağı təqdirdə Avropa nəhənglərini Bakıya gətirə bilər. Buna Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra aydınlıq gəlib. Belə ki, "Köhlən atlar” 1/8 finala vəsiqə qazanarsa, "Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya) komandalarından biri ilə qarşılaşa bilər.
Qeyd edək ki, "Qarabağ" bu gün sonuncu - VI tur çərçivəsində Bakıda Almaniyanın "Frayburq" klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq. Avropa Liqasında 1/16 final mərhələsinin püşkü noyabrın 7-də atılacaq.


28159 oxunub

InvestAZ