XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Gimnastlar AGF-in yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yarışlarda iştirak edəcəklər
İdman 12:49 / 03.11.2022
Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş batut gimnastikası üzrə 6-cı paytaxt birinciliyi təşkil lunacaq. Noyabrın 6-da Bakı Olimpiya İdman Kompleksində keçiriləcək yarışda gimnastlar balacalar (2015-ci il), uşaqlar (2012-2014-cü illər), yeniyetmələr (2010-2011-ci illər), gənclər (2006-2009-cu illər) yaş kateqoriyalarında güclərini sınayacaqlar.
Yarışda "Ocaq Sport” klubu və Bakı Gimnastika Məktəbinin kişilər arasında 55, qadınlar arasında 46 idmançısı fərdi proqramda öz aralarında paytaxtın ən güclüsünü müəyyənləşdirəcəklər.
Qeyd edək ki, AGF-in yenidən qurulmasının 20 illiyinə həsr olunmuş silsilə yarışlar davam edir. Belə ki, gimnastlar noyabrın 25-dən 27-dək Milli Gimnastika Arenasında 1-ci beynəlxalq "Ocaq kuboku”, dekabrın 8-dən 11-dək isə Şəki şəhərində təşkil olunacaq yarışlarda mübarizə aparacaqlar.


25330 oxunub

InvestAZ