XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan futbolu üçün tarixi an
İdman 12:33 / 03.11.2022
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ötən gecə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Danimarkanın "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandalarının oyunun idarə edib. Oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olub. Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirib. 35 yaşlı referi Əliyar Ağayev və köməkçiləri ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib. Danimarkada təşkil olunan oyun 1:1 hesabı ilə yekunlaşıb. Matçı ədalətli şəkildə və yüksək səviyyədə idarə edən FIFA referimiz oyun ərzində futbolçulara 4 sarı vərəqə göstərib. O, "Kopenhagen” klubundan Denis Vavro və Lukas Leragerə, "Borussiya”dan isə Antonio Modesto ilə Emre Canı kobud oyuna görə sarı vərəqə ilə cəzalandırıb.


31118 oxunub

InvestAZ