XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Avropa Liqası: "Qarabağ" üçün son şans 
İdman 11:14 / 03.11.2022
Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu turun oyunlarına start veriləcək. G qrupunda mübarizə aparan Azərbaycanın "Qarabağ" klubu Bakıda Almaniyanın "Frayburq” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək. Bakı vaxtı ilə saat 21:45-də başlayacaq oyunun baş hakimi Aleksey Kulbakov olacaq. Ona yan xətt hakimləri qismində Dmitri Juk və Aleh Maslianka köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Dmitry Dmitryiev yerinə yetirəcək.
Hər iki komandanın heyətində zədəli futbolçular var. "Qarabağ”ın heyətində Filip Ozobiç zədə səbəbindən oyunda iştirak etməyəcək. Qara Qarayevin isə qarşılaşmada iştirakı sual altındadır. Qonaqların heyətində Manuel Qulde, Merlin Röl və Jonatan Şmid zədəli olduğu üçün oyunu buraxacaq.
Qrupun digər oyununda "Olimpiakos” Yunanıstanda Fransa "Nant”ını qəbul edəcək. Hazırda 7 xalla ikinci sırada qərarlaşan "Köhlən atlar” qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.



32591 oxunub

InvestAZ