XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Azərbaycan Basketbol Liqası: NTD liderliyini davam etdirir
İdman 09:37 / 03.11.2022
Azərbaycan Basketbol Liqasında (ABL) IV turun oyunlarına start verilib. "Sərhədçi” İdman Mərkəzinin idman zalında keçirilən turun açılış oyunu NTD və "AAAF Xırdalan" komandaları arasında olub. Görüş birincilərin 99:97 hesablı qələbəsi ilə başa çatıb. Turun digər oyununda "Neftçi" və "Olimpik Şəki" komandaları üz-üzə gəlib. Görüş "Neftçi” klubunun qələbəsi ilə yekunlaşıb -73:76.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 8 xalla NTD başçılıq edir. 6 xalı olan "Gəncə" 2-cidir. 5 xala malik 3 komanda - "Sabah", "Neftçi" və "Xırdalan" 3-5-ci yerləri bölüşdürür.
4 xalı olan "Sərhədçi" və "Olimpik" müvafiq olaraq, 6 və 7-ci pillələrdə qərarlaşıb. "Zirvə" isə 3 xalla sonuncu pillədədir.


26350 oxunub

InvestAZ