XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Çempionlar Liqası: “Leyptsiq” 1/8 finala vəsiqə qazandı
İdman 23:44 / 02.11.2022
Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilir. Turun ikinci oyun günündə E, F, G və H qrupları üzrə daha 8 oyun təşkil olunacaq. Artıq F qrupunda mübarizəyə yekun vurulub. Qrupun lideri olan Madrid "Real”ı doğma meydanda Şotlandiyanın "Seltik” klubunu qəbul edib. Görüş "Kral klubu”nun böyükhesablı qələbəsi ilə yekunlaşıb -5:1. Bu qrupun digər qarşılaşması isə Polşada baş tutub. Almaniyanın "Leyptsiq" klubu Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına 4:0 hesabı ilə qalib gəlib.
Beləliklə, bu nəticələrdən sonra "Real” klubu qrup lideri kimi, "Leyptsiq” isə ikinci yerin sahibi kimi növbəti mərhələyə vəsiqə qazanıb. "Şaxtyor” isə üçüncü yerin sahibi kimi çıxışını Avropa Liqasında davam etdirəcək. "Seltik" isə qrupda qalaraq, avrokuboklarda mübarizəsini dayandırıb.


24153 oxunub

InvestAZ