XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Böyük dəbilqə” turnirinin medalları hazırdır
İdman 18:16 / 02.11.2022
Paytaxtımız noyabrın 4-6-da daha bir mötəbər idman yarışına - cüdo üzrə "Böyük dəbilqə” turnirinə ev sahibliyi edəcək. 61 ölkədən 366 cüdoçu Heydər Əliyev adına İdman Arenasında tatami üzərinə çıxacaq. Cüdoçuların kiçik dünya çempionatı adlandırılan mötəbər yarışda tatami ustaları 14 dəst medal uğrunda güclərini sınayacaqlar. Bu gün "Böyük dəbilqə” turnirinin medalları təqdim olunub. Medalların ön tərəfində yarışın loqosu, Azərbaycan Respublikasının xəritəsi və yarışın tarixi və adı həkk olunub. Medalın arxa hissəsində isə Beynəlxalq Cüdo Federasiyasının (BCF) loqosu yer alıb.
Qeyd edirik ki, 3 gün davam edəcək yarışda ölkəmizi 37 (28 kişi, 9 qadın) cüdoçu təmsil edəcək.


27203 oxunub

InvestAZ