XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



AVF, Respublika Velotreki və ROEQİUGVM-in əməkdaşları təltif olundular 
İdman 19:38 / 02.11.2022
Azərbaycan Velosiped Federasiyası (AVF), Respublika Velotreki və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEQİUGVM) əməkdaşları təltif ediliblər. Mütəxəssislər idman siyasətinin uğurla həyata keçirilməsi istiqamətindəki fəaliyyətlərinə, velosiped idman növünün kütləviləşdirilməsində, gənclər arasında idmana olan marağın artırılmasında göstərdikləri xidmətlərə görə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi tərəfindən təltif olunublar. İdarə rəisi Nəcəf Novruzov AVF-nin üzvü Səhər Mehman, Respublika Velotrekinin direktoru Tamerlan Salahov, həmin idman qurğusunun əməkdaşı Vüsal Teymurov və ROEQİUGVM-in baş təlimatçısı Tural Sadıqlıya fəxri fərmanlar təqdim edib.
N.Novruzov ölkəmizdə idmanın inkişafı istiqamətində aparılan uğurlu siyasətə dəstək olduqlarına görə onlara minnətdarlığını birdirərək, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.


29007 oxunub

InvestAZ