Simeone: «Uğursuzluqdan nəticə çıxarmaq lazımdır»
İdman 13:20 / 02.11.2022
Madrid «Atletiko»sunun baş məşqçisi Dieqo Simeone «Portu» ilə matçdan sonra oyun haqda fikirlərin bildirib. Uğursuz çıxışdan sonra Avrokuboklardan kənarda qalan klubun baş məşqçisi UEFA-nın saytına bunları deyib: «Pis çıxış etmək hər zaman var. Əsas məsələ həmin an özünü necə hiss etməkdir. Uğursuzluqdan nəticə çıxarmaq lazımdır. Bu təkcə mənimlə bitmir. Futbolçular, klub rəhbərliyi, azarkeşlər biz birlikdə olmalıyıq».
24774 oxunub