XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zəfər Gününə həsr olunmuş güllə atıcılığı üzrə rayon turniri keçirilib
İdman 11:12 / 02.11.2022

Bərdə şəhər 6 nömrəli tam orta məktəbdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş rayonun tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında güllə atıcılığı üzrə turnir keçirilib.

Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Qarabağ Regional Təhsil İdarəsinin Bərdə sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra məktəblilərin ifasında kompozisiya təqdim edilib.

Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək, Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən, 30 ilə yaxın işğalda olan torpaqlarımızın azad edilməsindən danışıb.

Təhsil sektorunun metodisti, yarışın baş hakimi İsa Abbasov turnirin keçirilmə qaydalarını iştirakçılara çatdırıb, onlara uğurlar arzulayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda rayonun 40 tam orta məktəbindən 79 şagird iştirak edib. Turnirin yekun nəticəsinə görə oğlanlar arasında Dəniz Nadirov, Nazim Hacıyev, Sənan Dadaşov, qızların yarışında isə Nuray Xankişiyeva, Əsmər Sadıqova, Pərvanə Musazadə ilk üç yerə layiq görülüblər.

Turnirin qalibləri Bərdə Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları və medallarla təltif olunublar.


23421 oxunub

InvestAZ