XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



“Bayer” mübarizəni Avropa Liqasında davam etdirəcək, “Atletiko” isə Çempionlar Liqası ilə vidalaşdı
İdman 23:42 / 01.11.2022

Bu gün UEFA Çempionlar Liqasındaqrup mərhələsininsonuncuturunun oyunlarına start verilib. İlk oyun günündə A, B, C və D qrupları üzrə 8 oyun keçiriləcək. Bundansonra 1/8 finalın daha 2 iştirakçısı müəyyənləşəcək. Günün ilk oyunları Almaniyada və Portuqaliyada baş tutub. B qrupunun təmsilçiləri "Bayer” (Almaniya) doğma meydanda pley-offa vəsiqəni təmin edən "Brügge"ni (Belçika) qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb -0:0. Belçikalılar aktivindəki xallarının sayını 11-ə çatdıraraq qrup ikincisi kimi 1/8 finala vəsiqə qazanıb. Aktivində 5 xalı olan bundestim təmsilçisi isə qrupda üçüncü yeri tutaraq mübarizəsini Avropa Liqasında davam etdirəcək. Qrupun digər oyununda isə "Atletiko Madrid” klubu səfərdə Portuqaliyanın "Portu” klubu ilə üz-üzə gəlib. Dieqo Simeoninin komandası üçüncü yer uğrunda görüşdə qrup liderinə məğlub olub - 2:1. İspaniya təmsilçisi bu nəticədən sonra qrup sonuncusu olaraq Çempionlar Liqasındakı mübarizəsini dayandırıb. Portuqaliyalılar isə qrup lideri kimi 1/8 finala adlayıblar.

A, C və D qruplarının oyunları isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, "Napoli", "Liverpul", "Brügge", "Portu", "Bavariya" və "İnter"lə yanaşı, Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları da pley-offa vəsiqəni təmin ediblər.



23221 oxunub

InvestAZ