XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb
İdman 18:56 / 01.11.2022

Noyabrın 1-də gənclər və idman naziri Fərid Qayıbov sentyabr-oktyabr aylarında qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşüb.

Tədbirin əvvəlində F.Qayıbov nazirliyin Kollegiya qərarı ilə "Əməkdar məşqçi” fəxri adına və "İdman ustası” dərəcəsinə layiq görülmüş bəzi mütəxəssislərə və idmançılara müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Sonra Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlu çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə idmançıları salamlayan nazir onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib. Bildirib ki, son vaxtlar belə görüşlər ənənə halını alıb. Sevindirici haldır ki, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrin sayı günbəgün artmaqdadır.

Sumo, atıcılıq, karate, MMA, para-pauerliftinq, boks, taekvondo, kikboksinq, cüdo, qrapplinq, mas-reslinq, kəmər güləşi, uşu-sanda, stolüstü tennis, şahmat, qol güləşi, para-taekvondo, güləş, ağırlıqqaldırma və digər idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar və qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.


23950 oxunub

InvestAZ