XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Zəfər Gününə həsr olunmuş veloyürüş keçiriləcək
İdman 19:46 / 01.11.2022

Noyabrın 5-də Azərbaycan Velosiped Federasiyasının, Səbail Rayon Gənclər və İdman İdarəsinin, "Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zəfər Gününə həsr olunmuş veloyürüş keçiriləcək. Azneft dairəsindən start veriləcək veloyürüşdə Vətən müharibəsi qaziləri, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və digər həvəskar velosipedçilər, həmçinin Azərbaycan milli komandasının üzvlərinin iştirak edəcəklər. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edib Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vuracaqlar. Daha sonra Qənimətlər Parkına baxış keçiriləcək.


44575 oxunub

InvestAZ