XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Daha 3 idman federasiyanın statusu ləğv edildi
İdman 20:37 / 01.11.2022

Gənclər və İdman Nazirliyinin növbəti kollegiya iclası keçirilib. İclasın gündəliyinə əsasən, yeniyetmə və gənclər arasında keçiriləcək V Robot Olimpiadasının qaliblərinin mükafatlandırılması qaydaları və "Sağlam həyat” bədən tərbiyəsi və idman layihəsinin Əsasnaməsi müzakirə edilərək qəbul olunub.

İclasda, həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib. Kollegiyanın qərarına əsasən, "Azərbaycan Tennis Federasiyası”, "Azərbaycan Bilyard Federasiyası”, "Azərbaycan Qış İdman Növləri Federasiyası”, "Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyası” və "Azərbaycan Minifutbol Federasiyası” ictimai birliklərinin akkreditasiyaları təsdiqlənib. Bundan başqa, "Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası”, "Motosiklet İdmanı Federasiyası” və "Miks Martial Arts Federasiyası” ictimai birliklərinin federasiya statusu dayandırılıb.

Bununla da, nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 34-ə çatıb. Ümumilikdə 31 federasiyanın isə statusu dayandırılıb.


25978 oxunub

InvestAZ