XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Ədalət təmsilçilərimizə növbəti etimad
İdman 19:25 / 01.11.2022
Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları daha bir təyinat alıblar. Onlar kişi həndbolçuların EHF Avropa kuboku turnirində Türkiyənin "Beşiktaş Yurtbay Seramik” və Litvanın "HC Qranitas –Karis Kaunas” komandalarının görüşlərini idarə edəcəklər. Yarışın ikinci mərhələsinin qarşılaşmaları İstanbulda təşkil olunacaq. Rəqiblər noyabrın 5-də və 6-da "Süleyman Seba” idman arenasında üz-üzə gələcəklər.

Beynəlxalq dərəcəli hakim inspektor İskəndər Əsgərov da yeni təyinat alıb. O, Bolqarıstanın "HC Lokomotiv G.Oryahovitsa” və Niderlandın "Kembit – Lions” komandalarının EHF Avropa kuboku turnirinin ikinci mərhələ oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.


32227 oxunub

InvestAZ