XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Həkimlər Poqbanı DÇ-yə hazırlaya bilmədilər
İdman 13:22 / 01.11.2022
Fransa millisinin üzvü Pol Poqba bu ay Qətərdə keçiriləcək dünya çempionatınında iştirak etməyəcək. Bunu futbolçunun agenti Rafael Pimenta Fransa mətbuatına açıqlamasında deyib. "Dünənki və bugünkü tibbi müayinələrdən sonra Poqbanın əməliyyatdan sonra hələ də reabilitasiyaya ehtiyacı olduğunu bildirmək çox ağrılıdır. Bu səbəbdən Pol Qətərdəki mundialda Fransa yığmasına kömək edə bilməyəcək” - deyə Pimenta bildirib. Bundan əvvəl isə Poqbanın DÇ-2022-yə qədər hazır olacağı idda edilirdi. Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Fransa millisi Avstraliya, Danimarka və Tunis yığması ilə birlikdə H qrupunda mübarizə aparacaq.


22745 oxunub

InvestAZ