XƏBƏR LENTİ
22 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Nakamura dünya çempionatının qalibi oldu
İdman 12:16 / 31.10.2022
Rusiyalı qrossmeyster Yan Nepomnyaşşi İslandiyada keçirilən Fişer şahmatı üzrə dünya çempionatının finalında amerikalı Hikaru Nakamuraya qalib gəlib. Dörd oyundan ibarət olan finalda rəqiblər iki dəfə heç-heçə edib, bir-birlərinə bir oyun fərqi ilə qalib gəliblər.
Həlledici qarşılaşmanın taleyi ağ fiqurlarla oynayan Nakamuranın daha güclü olduğu armageddonda həll olunub.
Qeyd edək ki, Fişer şahmatı partiya başlamazdan öncə fiqurların ixtiyari (lakin simmetrik) düzülüşündən ibarət klassik şahmatdır. Bu variantı şahmat üzrə 11-ci dünya çempionu amerikalı Robert Fişer tətbiq edib.


21684 oxunub

InvestAZ